“20 Yanvar”da kişi qəfil öldü

· 1 mənbə

Paytaxtın Yasamal rayonu ərazisində - metronun “20 Yanvar” stansiyasının çıxışında piyada qəfil ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 25-i saat 13 radələrində Müzəffər Həsənov küçəsi 12-nin qarşısında baş verib.

Bakı şəhər sakini 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzadə qəfil yıxılıb. Onun öldüyü məlum olub. İlkin məlumata görə, İ.Mikayılzadə ürək çatışmazlığından vəfat edib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Mənbə: Qafqazinfo · 26.11.2026, 11:51 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo “20 Yanvar”da kişi qəfil öldü

Qafqazinfo saytında oxu