9 min mobil telefonu olan Bakı sakini

· 1 mənbə

Bakıda yaşayan bir şəxsin 9 min ədəd mobil telefondan ibarət kolleksiyası maraq doğurub. Onun illər ərzində topladığı telefonlar kiçik bir muzeyi xatırladır.

Milli.Az-ın məlumatına görə, "Xəzər Xəbər"ə açıqlama verən kolleksiyaçı bildirib ki, ətrafındakı insanların köhnə telefonlarını muzeyində nümayiş etdirmək üçün ona hədiyyə etməsi bu sahəyə marağını daha da artırıb. Məhz bundan sonra onda mobil telefon kolleksiyası yaratmaq həvəsi yaranıb.

Hazırda 9 minə yaxın cihazı bir araya gətirən Bakı sakininin kolleksiyası fərqli modelləri ilə diqqət çəkir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: Milli.az · 27.11.2026, 13:44 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az 9 min mobil telefonu olan Bakı sakini

Milli.az saytında oxu