Novak: Rusiya Türkiyənin regional enerji habına çevrilməsinə kömək etməyə hazırdır

· 1 mənbə

Rusiya Türkiyənin regional enerji habına çevrilməsinə kömək etməyə hazırdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya-Türkiyə biznes forumunda bildirib.

Onun sözlərinə görə, Türkiyə artıq enerji resurslarının tranzitində mühüm rol oynayır: "Biz Türkiyənin regional enerji ticarət mərkəzinə çevrilməsimə kömək etməyə hazırıq".

Novak qeyd edib ki, enerji iki ölkə arasında əməkdaşlığın əsas sahəsi olaraq qalır: "Rusiya Türkiyəyə qaz, neft və neft məhsulları tədarük etməyə davam edir və "Mavi Axın" və "Türk Axını" qaz boru kəmərləri etibarlı şəkildə işləyir".

Mənbə: APA · 27.11.2026, 13:47 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu