ABŞ-li milyarder “Lukoil”in Azərbaycandakı aktivlərini alıb

· 1 mənbə

ABŞ-li milyarder Todd Boeli ölkəsinin sanksiyaları altında olan Rusiyanın “Lukoil” neft şirkətinin beynəlxalq aktivlərini almaq barədə saziş imzalayıb.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Alıcı Boelinin strukturları, investisiya şirkətləri və ABŞ hökumətinin nəzarətində olan Beynəlxalq Maliyyə İnkişafı Korporasiyasının (DFC) daxil olduğu konsorsium olacaq.

“Lukoil”in xarici aktivlərinin dəyəri təxminən 16 milyard dollar qiymətləndirilir. Aktivlər portfelinə 11 ölkədə yerləşən, gündəlik hasilat gücü təxminən 350 min barel olan obyektlər daxildir. Bunların arasında Azərbaycanda və Qazaxıstanda yerləşən iri yataqlar da var.

Mənbə: Modern.az · 26.11.2026, 01:05 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu