ABŞ Ukraynaya F-16 qırıcıları üçün 622 milyon dollarlıq avadanlıq satışını təsdiqləyib
· 1 mənbə
ABŞ Ukraynaya F-16 qırıcıları üçün 622 milyon dollar dəyərində avadanlıq və texniki xidmətlərin satışını təsdiqləyib.
Xarici medianın məlumatına görə, qırıcıların texniki xidmətinə dair avadanlıq və xidmətlərin alınması Belçika, Danimarka, Niderland və Norveç tərəfindən “JUMPSTART” proqramı çərçivəsində maliyyələşdiriləcək.
ABŞ bu məqsədlə öz büdcəsindən vəsait ayırmayacaq.
Mənbə: APA · 26.11.2026, 01:04 · orijinal məqalə