Alyona Əliyeva Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində
· 1 mənbə
Alyona Əliyeva instaqram səhifəsində Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzindən paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində 2007-ci ildən fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə səfərimiz baş tutub. Səfər zamanı insan alveri, məişət zorakılığı, erkən nikah və baxımsızlıqla üzləşmiş, eləcə də risk qrupunda olan uşaqların və yeniyetmələrin reabilitasiyası və sosial reinteqrasiyası istiqamətində mərkəzin fəaliyyəti ilə tanış olduq. Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!”
Mənbə: Qafqazinfo · 26.11.2026, 01:07 · orijinal məqalə