Ada Süleymanla "Uzundərə" rəqsi etmişdilər: Vidadi Həsənov danışmaqda çətinlik çəkdi - Video

· 2 mənbə

Bakıda ağır qəzada həlak olan tanınmış aparıcı Ada Süleymanın doğum günündə iştirak edən Xalq artisti, aktyor Vidadi Həsənov aparıcının ölümündən danışıb.

BAKU.WS "Showmedia"ya istinadən xəbər verir ki, aktyor baş verən hadisədən dərin sarsıntı keçirdiyini bildirib.

O, hadisənin təsirindən hələ də çıxa bilmədiyini və yaşananları anlamaqda çətinlik çəkdiyini vurğulayıb. Vidadi Həsənov hadisə zamanı məclisdə olduğunu qeyd edərək hazırda danışmaq üçün özündə güc tapmadığını deyib:

"Dünən mən də məclisdə idim. Hələ də anlaya bilmirəm. Hadisəni dərk etmək çətindir. Bu hadisəni dərk etmək və yasımızı yaşamaq istəyirəm. Bir neçə gün sonra danışa biləcəyəm".

Qeyd edək ki, Ada Süleyman sosial şəbəkə hesabında Xalq artisti, aktyor Vidadi Həsənovla birgə həyata keçirdikləri layihələrə dair videogörüntülər də paylaşmışdı.

Mənbə: Baku.ws · 24.11.2026, 08:19 · orijinal məqalə

Bu barədə kim yazır

Oxu.az saytında oxu