Ağstafada zəncirvari qəza olub, xəsarət alanlar var

· 1 mənbə

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes”, “VAZ 21010”, “BMW” və daha bir avtomobil toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Mənbə: APA · 30.11.2026, 00:11 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu