Samuxda gənc qadın bıçaqlanıb

· 1 mənbə

Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü A. Qurbanova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, A. Qurbanovaya tanışı 1998-ci il təvəllüdlü P. Tağıyeva bıçaqla xəsarət yetirib.

Məlumata görə, hadisə qadınlar arasında qısqanclıq zəminində baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA · 29.11.2026, 23:46 · orijinal məqalə

Bu barədə kim yazır

APA Samuxda gənc qadın bıçaqlanıb

APA saytında oxu