Hacıqabulda gəlinlə qayınana dəm qazından zəhərləndilər

· 1 mənbə

Hacıqabulda bədbəxt hadisə baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndində qeydə alınıb.

Belə ki, gəlin və qayınana olan Nəvahi kənd sakinləri, 1965-ci il təvəllüdlü Güldənə Məmmədova və 1994-cü il təvəllüdlü Məleykə Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına gətiriblər.

Xəstəxanaya yerləşdirilən hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İqbal Ziya

Mənbə: Oxu.az · 29.11.2026, 23:40 · orijinal məqalə

Bu barədə kim yazır

Oxu.az saytında oxu