Ağsuda qəza

· 1 mənbə

Ötən gün Ağsuda yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Ələddin Qədirovun idarə etdiyi “VAZ-2106” və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2106”nın sürücüsü xəsarət alıb, sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

Mənbə: Qafqazinfo · 28.11.2026, 09:41 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Ağsuda qəza

Qafqazinfo saytında oxu