Almaniyada qaz anbarlarının doluluq səviyyəsi 54,5 faizə enib

· 1 mənbə

Almaniyada qaz anbarlarının doluluq səviyyəsi əvvəlki illərin analoji dövrləri ilə müqayisədə xeyli aşağıdır.

APA xəbər verir ki, bu barədə Almaniyanın Federal Şəbəkə Agentliyinin hesabatında bildirilib.

“Hazırda Almaniyada qaz anbarlarının doluluq səviyyəsi 54,5 faiz təşkil edir. Bu göstərici əvvəlki illərin analoji dövrləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır”, – deyə hesabatda qeyd olunub.

Qurum yaranmış vəziyyətə ciddi yanaşdığını vurğulayıb.

Bununla yanaşı, agentlik enerji təchizatının təhlükəsizliyinin boru kəmərləri vasitəsilə qaz idxalı, mayeləşdirilmiş təbii qaz tədarükü, anbarlardakı ehtiyatlardan istifadə və tələbat kimi bir sıra amillərdən asılı olduğunu bildirib.

Mənbə: APA · 29.11.2026, 05:34 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu