Rusiyanın 4 hava limanında məhdudiyyətlər tətbiq edilib

· 1 mənbə

Bakı. Trend:

Rusiyanın Kazan, Samara, Ulyanovsk və Çeboksarı hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunub.

“Kazan, Samara (Kurumoç), Ulyanovsk (Baratayevka) və Çeboksarı hava limanlarında hava gəmilərinin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir", - deyə Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında bildirilir.

Mənbə: Trend · 29.11.2026, 05:06 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu