ASCO-nun gəmi-bərələri ilə avtotexnika daşımalarının həcmi 16 % artıb
· 1 mənbə
Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 935 min 457 ton avtotexnika daşınıb.
"Report" ASCO-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.
2025-ci ilin 10 ayında bu göstərici 805 min 566 ton təşkil edib.
Hesabat dövründə gəmi-bərələrlə 35 min 975 ədəd avtotexnika daşınıb. 2025-ci ilin müvafiq dövründə isə bu rəqəm 32 min 59 ədəd olub. Beləliklə, avtotexnika daşımaları ədədlə ifadədə 12 % artıb.
"2026-cı ilin oktyabr ayında da ASCO-nun gəmi-bərələri ilə avtotexnika daşımalarında artım tendensiyası müşahidə olunub. Ötən ay 97 900 ton avtotexnika daşınıb. Bu isə keçən ilin eyni ayının göstəricisindən (79 600 ton) 23% çoxdur", - məlumatda qeyd olunub.
Mənbə: Report · 27.11.2026, 11:30 · orijinal məqalə