Hanoyda yaşayış evində baş verən partlayış nəticəsində 6 nəfər ölüb

· 2 mənbə

Bakı. Trend:

Vyetnamın paytaxtı Hanoyda restoranda baş verən partlayış nəticəsində altı nəfər həlak olub, 10 nəfər yaralanıb, binanın bir hissəsi çöküb.

Hadisə noyabrın 24-də səhər saat 08:00 radələrində şəhərin Nquen Van Tuet küçəsində baş verib.

Yaralıların hamısı paytaxtdakı üç tibb müəssisəsinə yerləşdirilib. Onlara təcili tibbi yardım və reanimasiya xidmətləri göstərilir.

Vyetnamın Baş naziri Le Min Hunq xəstəxanalara baş çəkərək yaralıların vəziyyəti ilə maraqlanıb və onların müalicəsi üçün bütün zəruri tibbi resursların səfərbər olunmasını tapşırıb. O, həlak olanların ailələrinə başsağlığı verib, tibb işçilərinə isə ağır xəsarət alan xəstələrə xüsusi diqqət yetirməyi tapşırıb.

Baş nazir yerli hakimiyyət orqanlarına həlak olanların və yaralananların ailələrinə maddi və mənəvi dəstək göstərməyi, həmçinin sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə hadisə nəticəsində zərər görmüş qonşu binaları yoxlamağı və zərurət yarandıqda möhkəmləndirmə işləri aparmağı tapşırıb.

O, həmçinin partlayışın səbəblərinin qısa müddətdə müəyyən edilməsini və qanun pozuntuları aşkarlandığı təqdirdə sərt tədbirlər görülməsini tələb edib.

Mənbə: Trend · 25.11.2026, 08:01 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu