Avropa Şurasının Baş katibi Ukrayna rəhbərliyi ilə görüşmək üçün Kiyevə gedib
· 1 mənbə
Avropa Şurasının Baş katibi Alen Berse bu gün Kiyevə gedib.
APA xəbər verir ki, Berse səfəri barədə “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, qarşıdakı iki gün ərzində Ukrayna rəhbərliyi ilə görüşlər keçirəcək.
Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsi bu yaxınlarda Ukrayna üçün 2027–2030-cu illəri əhatə edən “Ukrayna üçün demokratik təhlükəsizlik” adlı yeni Fəaliyyət Planını təsdiqləyib. Sənədin ümumi təxmini büdcəsi 70 milyon avrodur.
Mənbə: APA · 27.11.2026, 14:13 · orijinal məqalə