Ayı Şəmkirdə həyətə girdi

· 1 mənbə

Şəmkir rayonunda vəhşi heyvanın yaşayış sahəsinə yaxınlaşması qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Keçili kəndində baş verib.

Belə ki, ayı yerli sakinlər arasında klub kimi tanınan ərazinin yaxınlığında görünüb.

Gecə saatlarında həyətyanı sahəyə daxil olan qonur ayı sakinlər tərəfindən lentə alınıb.

Məlumat üçün bildirək ki, Keçili kəndində meşəlik ərazi yoxdur, boş açıq sahələr var.

Yunis Quliyev

Mənbə: Qafqazinfo · 26.11.2026, 23:00 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Ayı Şəmkirdə həyətə girdi

Qafqazinfo saytında oxu