“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - YENİLƏNİB
· 3 mənbə
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Beşiktaş”-“Hapoel” (Beer-Şeva) qarşılaşması bərpa olunub. APA xəbər verir ki, Gürcüstanın Barumi şəhərində keçirilən oyun “Beşiktaş” azarkeşləri ilə polis arasında toqquşmalara görə yarımçıq dayandırılmışdı.
UEFA Avropa Liqasının V turu çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında keçirilən matçda gərginlik yaşanıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada azarkeşlər arasında qarşıdurma baş verib.
Polis əməkdaşları “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə ediblər.
Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər.
Mənbə: APA · 26.11.2026, 22:51 · orijinal məqalə