Aysun qərarını açıqladı: “Bu halda sənətdən gedəcəyəm”
· 1 mənbə
Müğənni Aysun İsmayılova gələcək şəxsi həyatı ilə bağlı qərarını açıqlayıb. Sənətçi ailə quracağı təqdirdə musiqi fəaliyyətini dayandırmağı istisna etməyib.
Publika.az xəbər verir ki, o, bu barədə "İki rəng" verilişində danışıb. Aysun bildirib ki, qarşısına onu sevən, dəyər verən və xoşbəxt edə biləcək bir insan çıxarsa, ailəsini seçərək sənətdən uzaqlaşa bilər.
Sənətçi bu qərarının yalnız ailə həyatı ilə bağlı olacağını vurğulayıb:
"Əgər həyatımda layiqli bir həyat yoldaşı, mənə sahib çıxacaq, əsl sevgini və xoşbəxtliyi yaşadacaq bir bəy olarsa, ailə qurduqdan sonra sənətdən gedərəm. Yəni yalnız ailəm üçün sənətdən gedərəm". (Milli.az)
Mənbə: Publika.az · 27.11.2026, 14:06 · orijinal məqalə