Rusiya MN: Son bir həftədə Ukraynanın 5400 dronu vurulub

· 1 mənbə

Rusiya Hava Hücumundan Müdafiə qüvvələri bir həftə ərzində Ukraynanın 17 idarə olunan bomba, bir HIMARS raketi, üç "Neptun" uzun mənzilli qanadlı raketi və 5400 dronunu vurub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri bir həftə ərzində Zaporojye və Xarkov vilayətlərimdə iki yaşayış məntəqəsini nəzarətə götürüb.

Rusiya MN Ukrayna ordusunun bir həftə ərzində bütün cəbhələrdə 7700-dən çox hərbçi itirdiyini iddia edib.

Son bir həftə ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hədəflərə iki böyük və 12 qrup hücumu həyata keçirdiyi də açıqlanıb. Rusiya tərəfi Ukraynanın hərbi aerodromlar, enerji və nəqliyyat infrastrukturu obyektləri və qanadlı raketləri, raket yanacağı və uzun və orta mənzilli dronlar istehsal edən müdafiə sənayesi müəssisələrinə zərbə endirdiyini bildirib.

Nəticədə Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən sursat anbarlarının, logistika mərkəzləri və anbar terminallarının, liman infrastruktur obyektlərinin sıradan çıxarıldığı qeyd olunub.

Rusiya MN son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün Ukraynaya silah, hərbi texnika və ikili təyinatlı mallar daşıyan 14 quru yük gəmisinə zərbə endirdiyini də açıqlayıb.

Mənbə: APA · 27.11.2026, 13:57 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu