Azərbaycan nefti bahalaşdı

· 3 mənbə

Bakı. Trend:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,32 ABŞ dolları və ya 1,39% bahalaşaraq 96,13 ABŞ dolları təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,32 dollar və ya 1,46% bahalaşaraq 91,43 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,45 dollar və ya 2,24% artaraq 66,30 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,58 dollar və ya 1,78% artaraq 90,32 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

"Trading Economics"in məlumatına görə, dünya bazarında xam neftin qiyməti çərşənbə günü bir barel üçün 81 dollardan aşağı düşərək əvvəlki sessiyada əldə etdiyi artımı itirib.

"Bu, Hörmüz boğazı ətrafında gəmilərə hücumların intensivləşməsi fonunda tədarük risklərinin yüksək səviyyədə qalmasına baxmayaraq baş verib.

İran qüvvələri Hörmüz boğazında dəniz minalarına toxunması nəticəsində dörd neft tankerində yanğın baş verdiyini bildirib. Tehran, tələbləri yerinə yetirilənədək strateji əhəmiyyətli bu gəmiçilik marşrutu üzərində nəzarəti daha da gücləndirməklə hədələyib.

Eyni zamanda, ABŞ İrana qarşı maliyyə şəbəkələrini hədəf alan sanksiyaları genişləndirib və enerji tankerlərinə qarşı kiberhücumların arxasında əsas şübhəli tərəfin Tehran olduğunu açıqlayıb.

Ötən həftə Vaşinqton Fars körfəzinə üçüncü aviadaşıyıcı gəmi də göndərib. Beləliklə, İran limanlarına qarşı tətbiq edilən dəniz blokadasının təmin olunmasında iştirak edən aviadaşıyıcıların sayı üçə çatıb.

Bununla belə, Beynəlxalq Enerji Agentliyi (IEA) Fars körfəzindən xam neft ixracının müharibədən əvvəlki səviyyənin 74 faizinə qədər bərpa olunduğunu bildirib. Agentlik həmçinin qlobal neft bazarında cari rübdə təklif profisitinin yaranacağını proqnozlaşdırıb.

ABŞ-də isə sənaye məlumatlarına əsasən, ötən həftə ölkənin kommersiya xam neft ehtiyatları 100 min barel artıb", - məlumatda qeyd edilib.

Mənbə: Trend · 25.11.2026, 09:38 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az Azərbaycan nefti bahalaşdı
Oxu.az Azərbaycan nefti bahalaşıb
Trend Azərbaycan nefti bahalaşıb

Modern.az saytında oxu