“Gobustone” istehsalçısının kapitalı 30 milyon manat azaldılıb

· 1 mənbə

Azərbaycanda “Gobustone” brendi altında tikinti materialları istehsal edən “AAC” MMC-nin nizamnamə kapitalı 30 milyon manat və ya 75% azaldılaraq 10 milyon manata endirilib.

Banker.az xəbər verir ki, şirkətin kapitalı əvvəlki 40 milyon manatdan 10 milyon manata düşüb.

“AAC” MMC-nin kapitalı 2026-cı ilin fevralında 10 milyon manatdan 40 milyon manata yüksəldilmişdi. Bununla belə, şirkət sonradan kapitalın 30 milyon manat azaldılması barədə elan yayıb.

2008-ci ildə təsis edilmiş “AAC” MMC-nin baş direktoru Zahid Şahbazov Yusif oğludur.

Şirkət “Gobustone” markası altında məsaməli beton bloklar və əhəng istehsal edir. Müəssisənin istehsal kompleksi Bakı şəhərinin Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşir.

Mənbə: Banker.az · 25.11.2026, 09:24 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu