Mətanət Əsədova: “Böyük səhv edib müğənni olmuşam”
· 1 mənbə
Müğənni Mətanət Əsədovanın sənət həyatı və şəxsi seçimləri ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.
Milli.Az-ın məlumatına görə, sənətçi "Bir gün" verilişində qonaq olarkən müğənni olmağından peşmanlıq duyduğunu bildirib. O, vaxtilə incəsənətə gəlməklə səhv etdiyini düşünür:
"Bir yanlışım olub ki, incəsənətə gəlmişəm. Böyük səhv edib müğənni olmuşam. Səhnə üçün hər şeydən keçənlər var, boş şeydir. Ancaq ərə gedib bir kişinin çörəyini yeyin".
Mətanət Əsədova sevgi və ailə qurmaq mövzusuna da toxunub. O, artıq bu məsələlərə nöqtə qoyduğunu deyərək, hazırda sağlamlığını və axirətini düşündüyü yaş dövründə olduğunu vurğulayıb.
Müğənninin səmimi etirafı tamaşaçılar arasında müzakirələrə yol açıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə: Milli.az · 25.11.2026, 09:30 · orijinal məqalə