Azərbaycan neftinin qiyməti artıb

· 1 mənbə

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,39% artaraq 96,13 ABŞ dollarına düşüb.

Bundan əvvəl Azərbaycan nefti 94,81 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Mənbə: APA · 25.11.2026, 09:35 · orijinal məqalə

Bu barədə kim yazır

APA Azərbaycan neftinin qiyməti artıb

APA saytında oxu