Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
· 1 mənbə
Misli Premyer Liqasının XIII turu çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.
BAKU.WS xəbər verir ki, günün ilk matçında saat 14:30-da "Şamaxı" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Hazırda meydan sahibləri 14 xalla 7-ci, qonaqlar isə 11 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci görüşündə isə saat 17:00-da "Qarabağ" və "Sumqayıt" komandaları üz-üzə gələcək. Qarşılaşma "Azersun Arena"da keçiriləcək. Ağdam klubu 20 xalla 4-cü, "Sumqayıt" isə 10 xalla 10-cu yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şəfa" "İmişli"ni 3:1, "Neftçi" isə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib. XIII tura bugünkü görüşlərlə yekun vurulacaq.
Mənbə: Baku.ws · 29.11.2026, 09:28 · orijinal məqalə