Çempionunun mülkü yandı

· 1 mənbə

28 noyabrda Texas ştatının Prosper şəhərində ikiqat NBA çempionu Kris Boşun mülkündə böyük yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə TMZ hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat verib.

Keçmiş basketbolçunun mülkü təxminən 14,6 hektar ərazini əhatə edir. Yanğını söndürmək üçün bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının səbəbi və dəyən ziyanın miqyası hələ müəyyən edilməyib.

42 yaşlı Boş 2012 və 2013-cü illərdə “Mayami” ilə iki dəfə NBA çempionluğunu qazanıb.

Mənbə: Publika.az · 29.11.2026, 09:10 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Çempionunun mülkü yandı

Publika.az saytında oxu