Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyində təyinat

· 1 mənbə

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri Səbuhi Sadıqovun əmri ilə Əhməd Talıbov Agentliyin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Banker.az xəbər verir ki, Talıbov 2023–2026-cı illərdə sonuncu təyinatadək Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin Strateji planlama və maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Əhməd Talıbov 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2014-cü ildə isə həmin universitetin “Maliyyə” ixtisası üzrə magistr dərəcəsini alıb.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Təminat Xidmətinin (hazırda Sosial Xidmətlər Agentliyi) Maliyyə-təsərrüfat şöbəsində, “Bakı Metropoliteni” QSC-də, “Prime Cotton” Məhdud Məsuliyyətli Cəmiyyətində maliyyə kuratoru, şöbə müdiri, baş maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrini tutub.

Mənbə: Banker.az · 25.11.2026, 16:27 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu