"Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır"
· 1 mənbə
“Ölkələrimizin iştirakı ilə həyata keçirilən iri layihələr daha geniş coğrafiyanın enerji təchizatı baxımından da mühüm əhəmiyyət daşıyır. Bu layihələr regionun enerji xəritəsinin dəyişməsinə ciddi təsir göstərib. Onların bir qismi uzun tarixə malikdir. Bu baxımdan vaxtilə fəal fəaliyyət göstərən Bakı-Supsa neft kəmərini qeyd etmək olar. Kəmər bu gün də mövcuddur və daşımaların həcmi artacağı təqdirdə, gələcəkdə yenidən istifadəyə verilə bilər. Digər mühüm layihə Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu kəmər vasitəsilə Azərbaycan nefti dünya bazarlarına, o cümlədən Avropa ölkələrinə çatdırılır”, - deyə Maka Boçorişvili əlavə edib.
Mənbə: Xəzər Xəbər · 24.11.2026, 20:13 · orijinal məqalə