Dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilməsi qaydası dəyişir

· 1 mənbə

Dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilməsi qaydası dəyişir.

Bu barədə Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu şöbəsinin müdiri Lalə Qədirova məlumat verib.

O bildirib ki, vakant vəzifənin tələblərinə cavab verən namizədlərin sayı beş nəfərdən çox olduqda müsahibə iki mərhələdə keçiriləcək.

“Müsahibənin birinci mərhələsində namizədlərin vakant vəzifənin tələblərinə və qulluq funksiyalarına uyğun səriştələri yoxlanılacaq. Bu mərhələdə 50 faizdən yüksək nəticə göstərən namizədlər arasından ən yüksək nəticə əldə etmiş beş nəfər ikinci mərhələyə keçəcək”.

DİM rəsmisi bildirib ki, beş namizədlə müsahibə eyni gündə, eyni komissiya tərəfindən və eyni suallar əsasında aparılacaq.

Mənbə: Banker.az · 24.11.2026, 20:22 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu