Dövlət qulluğuna qəbul imtahanlarında suallar dəyişə bilər - DİM
· 2 mənbə
Dövlət qulluğuna qəbul imtahanlarında səriştə modelinin tətbiqi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və dövlət qulluğu şöbəsinin müdiri Lalə Qədirova bildirib.
Onun sözlərinə görə, yeni model əsasında test imtahanlarının keçirilməsi üçün müvafiq qaydaların hazırlanmasına Nazirlər Kabinetinə beş ay müddət verilib.
“Həmin qaydalar hazırlanıb təsdiq olunduqdan sonra səriştə əsaslı dövlət qulluğuna qəbul üzrə test imtahanlarının keçirilməsinə başlanılacaq”.
DİM rəsmisi yeni modelə keçidlə əlaqədar Azərbaycan dili, informatika və qanunvericilik üzrə sualların imtahan proqramından çıxarılması ehtimalına da münasibət bildirib:
“Bu suala cavab vermək üçün hələ tezdir. Müvafiq qaydalar təsdiq olunduqdan sonra daha dəqiq məlumat vermək mümkün olacaq”.
Mənbə: Modern.az · 24.11.2026, 17:34 · orijinal məqalə