Azərbaycan XİN Misirdə baş verən yanğınla bağlı başsağlığı verib
· 1 mənbə
Azərbaycan Xarici İşlər Nazirliyi Misirin Giza vilayətində yanacaq daşıyan yük maşınının qəzası nəticəsində baş verən yanğınla bağlı başsağlığı verib.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Nazirlik hadisə nəticəsində həyatını itirənlərin ailələrinə, Misir hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara isə tezliklə və tam sağalmalarını arzulayıb.
Mənbə: APA · 26.11.2026, 15:07 · orijinal məqalə