Rəsmi Bakı Misirə başsağlığı verdi

· 1 mənbə

Azərbaycan Xarici İşlər Nazirliyi Misirə başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib.

"Misirin Giza Qubernatorluğunda yanacaq daşıyan yük maşınının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və çoxlu sayda insanın yaralanması ilə nəticələnən faciəvi yanğın bizi dərindən kədərləndirdi.

Həyatlarını itirənlərin ailələrinə, eləcə də Misir Ərəb Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk.

Bütün yaralılara tezliklə və tam şəfa diləyirik", - paylaşımda qeyd edilib.

Mənbə: Modern.az · 26.11.2026, 15:09 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az Rəsmi Bakı Misirə başsağlığı verdi

Modern.az saytında oxu