Azərbaycan XİN qəza nəticəsində çoxsaylı insan təlafatı ilə bağlı Misirə başsağlığı verib

· 1 mənbə

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Misirə başsağlığı verib.

"Report"un məlumatına görə, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Misirin Giza vilayətində yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəza nəticəsində yaranan yanğının çoxsaylı insan tələfatına və xeyli sayda şəxsin xəsarət almasına səbəb olmasından dərin kədər hissi keçiririk.

Həyatını itirənlərin ailələrinə, həmçinin Misir Ərəb Respublikasının Hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk.

Xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq", - paylaşımda qeyd olunub.

Məlumat üçün qeyd edək ki, Misirdə neft məhsulları daşıyan sisternin dairəvi yol qovşağında aşmasından sonra baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Mənbə: Report · 26.11.2026, 15:06 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu