Azərbaycanın neft ixrac etdiyi TOP 10 ölkə

· 1 mənbə

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 10-dan artıq ölkəyə 18 milyon 392 min 916,04 ton həcmində neft ixrac olunub.

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkəyə İtaliya, Çexiya və Hindistan daxildir.

2026-ci ilin 10 ayında Azərbaycan İtaliyaya 6 milyard 812 milyon 48 min ABŞ dolları dəyərində 10 milyon 532 min 637 ton, Çexiyaya 974 milyon 771 min ABŞ dolları dəyərində 1 milyon 413 min 395 ton, Hindistana isə 666 milyon 532 min ABŞ dolları dəyərində 830 min 49 ton xam neft ixrac edib.

Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-oktyabr aylarında neft ixrac etdiyi TOP 10 ölkənin siyahısı göstərilib:

№

Ölkələr

Miqdar (ton)

2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən

Statistik dəyər (min ABŞ dolları)

2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən

1

İtaliya

10 532 637,45

-12,8 %

6 812 047,6

+9,3 %

2

Çexiya

1 413 395,46

+8,1 %

974 771,22

+39 %

3

Hindistan

830 049,03

+3,3 dəfə

666 532,13

+5,3 dəfə

4

Rumıniya

1 027 111,27

+18,1 %

653 588,29

+1,4 dəfə

5

Almaniya

716 763,56

-25 %

474 735,43

-5,4 %

6

Bolqarıstan

440 758,93

+5,6 dəfə

330 737,77

+6,9 dəfə

7

Tunis

491 217,32

+1,6 dəfə

315 551,9

+2 dəfə

8

İndoneziya

428 786,13

+3,3 dəfə

287 909,72

+4 dəfə

9

Portuqaliya

395 031,62

-51 %

221 958,01

-48,5 %

10

İsveçrə

286 774,09

+1,7 dəfə

206 298,15

+2,1 dəfə

Digərləri

1 830 391,2

x

1 217 837,06

x

Cəmi

18 392 916,04

-11,4

12 161 967,27

+12,1

-* Ötən ilin eyni dövründə tədarük olmayıb.

Mənbə: Report · 26.11.2026, 17:08 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu