“Nvidia” Çinlə bağlı ABŞ şirkətlərinə süni intellekt çipləri satır

· 1 mənbə

ABŞ-ın texnologiya nəhəngi “Nvidia” Çin ilə əlaqəli azı iki ABŞ şirkətinə süni intellekt çipləri tədarük edir.

Publika.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Bildirilib ki, həmin şirkətlərdən biri Kaliforniyada yerləşən “RiCloud AI”dir. Şirkət Çinin “Yuxing InfoTech Investment Holdings” investisiya holdinqi ilə əlaqəlidir. Məlumata görə, “RiCloud AI” “Nvidia”nın ən yeni prosessorlarına və xüsusi proqram təminatına prioritet çıxış imkanına malikdir.

Digər şirkət isə Kaliforniyada fəaliyyət göstərən “Aivres”dir. Şirkət məlumat mərkəzləri, bulud xidmətləri və süni intellekt sistemləri üçün server avadanlıqları istehsal edir.

Müəllif: Roza

Mənbə: Publika.az · 26.11.2026, 17:22 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu