Azərbaycanlı sürücülər Estoniya-Rusiya sərhədində çətin vəziyyətdə - VİDEO
· 1 mənbə
Bir aydır yol gözləyirlər, amma sərhəddi keçə bilmirlər.
Xezerxeber.az xəbər verir ki, Estoniya ilə Rusiya arasındakı Luhamaa sərhəd-keçid məntəqəsində qalan təxminən 50-ə yaxın sürücü çıxılmaz vəziyyətlə üzləşib. Sürücülərin sözlərinə görə, elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçiblər. Lakin, buraxılışın ləngiməsi səbəbindən gözləmə müddəti uzanıb, bir çoxunun növbə vaxtı keçib.
Sürücülərin sözlərinə görə, gözləmə müddəti həm maddi, həm də mənəvi baxımdan ciddi problemlər yaradıb. Onların istəyi problemin həll olunması və sərhədi keçmələri üçün şərait yaradılmasıdır.
Mənbə: Xəzər Xəbər · 25.11.2026, 21:20 · orijinal məqalə