“Azeri Light”ın qiyməti 101 dollara düşdü
· 1 mənbə
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.37 dollar və ya 1,33% azalaraq 101.4 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 102.77 ABŞ dollara ticarət edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Mənbə: Qafqazinfo · 28.11.2026, 09:33 · orijinal məqalə
Bu barədə kim yazır
Qafqazinfo
“Azeri Light”ın qiyməti 101 dollara düşdü