Valdas Dambrauskas: "Barselona" ilə oyundan zövq almalıyıq"

· 2 mənbə

"Sabah" "Barselona" ilə oyundan zövq almalıdır.

"Report" xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi "Barselona"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

"Biz sabah meydana çıxıb, oyundan zövq almalıyıq. "Barselona"nı dünyada tanımayan yoxdur. Baş məşqçi olaraq rəqib komandada hansısa zəif nöqtələri tapmaq çətindir mənim üçün. Lakin biz layiqli mübarizə aparmağa çalışacağıq".

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.

Mənbə: Report · 24.11.2026, 18:20 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu