Bakıda dövlət mənzil fonduna aid binaların təmir layihələri 3,88 milyon manat qiymətləndirilib

· 1 mənbə

Bakıda dövlət mənzil fonduna aid binaların təmiri üçün layihə-smeta sənədlərini “Az.Arxitektura” MMC hazırlayacaq.

Şirkət “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi dövlət müsabiqəsinin qalibi seçilib.

Banker.az xəbər verir ki, satınalma elanında layihə-smeta sənədlərinin hazırlanmasının ehtimal olunan dəyəri 3 milyon 881 min 755 manat göstərilib.

Müsabiqə sentyabrın 30-da elan edilib, təkliflərin qəbulu oktyabrın 30-da başa çatıb.

“Az.Arxitektura” MMC bu ilin mayında da Bakıda dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün seçilmişdi.

Mənbə: Banker.az · 25.11.2026, 11:20 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu