İstanbul aeroportunda 2,67 milyon manatlıq narkotik maddə ələ keçirilib, iki iranlı saxlanılıb
· 1 mənbə
İstanbul Hava Limanında İrandan gələn sərnişinlərin daşıdığı çamadanlarda tekstil məhsullarına hopdurulmuş halda ümumilikdə 20,12 kiloqram metamfetamin aşkar edilib.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, aşkarlanan narkotik vasitənin bazar dəyərinin 80 milyon 480 min lirə (təxminən 2,67 milyon manat) olduğu müəyyənləşdirilib.
Hadisə ilə bağlı iki İran vətəndaşı barəsində hüquqi prosedurların icrasına başlanılıb.
Mənbə: Report · 25.11.2026, 11:32 · orijinal məqalə