Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq

· 2 mənbə

Azərbaycan 2027-ci ildə MDB-nin həmsədri olacaq, 2028-ci ildə isə ilk dəfə Birlikdə sədrliyi öz üzərinə götürəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev Moskvada MDB İqtisadi Şurasının iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan heç vaxt sədrliyə iddia etməyiblər. Lebedev əvvəllər iki ölkə arasındakı fikir ayrılıqlarının buna mane olmasını əsas gətitib.

O əlavə edib ki, Azərbaycandan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin 2029-cu ildə sədrliyi öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Mənbə: APA · 27.11.2026, 16:55 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu