“Sülh körpüsü” təşəbbüsü çərçivəsində altı istiqamət üzrə komitələr yaradılır
· 7 mənbə
O bildirib ki, bu format çərçivəsində növbəti mərhələdə görülə biləcək işlər, dövlətlərə təqdim ediləcək təkliflər, mövcud fikir ayrılıqlarının aradan qaldırılması və sülh gündəliyinin genişləndirilməsi imkanları müzakirə olunur. Fərhad Məmmədovun sözlərinə görə, təşəbbüsün əsas xüsusiyyətlərindən biri vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət rəsmiləri ilə birbaşa ünsiyyət qurmasıdır. “Bizim dialoqumuz səmimi söhbət və bəlkə də həssas məsələlərin müzakirəsidir. Artıq elə bir mərhələyə çatmışıq ki, qapalı mövzularımız yoxdur. Bir-birimizə suallar verə və cavablar ala bilirik”, – o vurğulayıb. O əlavə edib ki, görüş zamanı iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana iki saat ərzində suallar ünvanlayıblar.
Mənbə: Xəzər Xəbər · 26.11.2026, 19:43 · orijinal məqalə