Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib

· 6 mənbə

Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib.

Qnuna əsasən, 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.

Nazirlər Kabineti tərəfindən Sazişin Podratçı tərəflərinə Sazişin 2009-cu il fevralın 27-də imzalanmış ilkin redaksiyası üzrə verilmiş və Sazişin həmin redaksiyası ilə birlikdə Azərbaycan Respublikasının 2009-cu il 22 may tarixli 814-IIIQ nömrəli Qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qüvvədə qalır.

Sazişin əsas mətninə edilmiş 12 Əlavə qəbul və təsdiq edilir və onların həyata keçirilməsinə icazə veriləcək.

Bu Qanun qüvvəyə mindikdən sonra Saziş və Əlavələr Qanun olur, Hökumət təminatı isə Azərbaycan Respublikasının Qanunu olaraq qüvvəsini saxlayır. Sazişdə konkret surətdə başqa hallar müəyyən edilmədiyi təqdirdə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

Mənbə: Xəzər Xəbər · 27.11.2026, 16:35 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu