Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi

· 2 mənbə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanda “Beşiktaş”ın azarkeşlərinə qarşı polisin müdaxiləsindən sonra klubun prezidenti Serdal Adalıya zəng edib.

Publika.az xəbər verir ki, bu barədə “SonDakika” nəşri məlumat yayıb.

Bildirilib ki, UEFA Avropa Liqasının əsas mərhələsi çərçivəsində Gürcüstanda keçirilən “Beşiktaş” (Türkiyə) – “Hapoel Beer-Şeva” (İsrail) qarşılaşmasında Fələstin bayrağı açan Türkiyə azarkeşlərinə polisin müdaxiləsi ölkədə ciddi narazılığa səbəb olub. Hadisədən sonra Ərdoğan klub prezidenti ilə telefon danışığı aparıb.

Qeyd edək ki, insidentdən sonra Türkiyənin bir sıra futbol klubları “Beşiktaş”a dəstək açıqlamaları yayıblar. “Qalatasaray”, “Fənərbağça”, “Trabzonspor” və “Samsunspor” da daxil olmaqla bir neçə klub polisin müdaxiləsini pisləyib, xəsarət alan azarkeşlərə şəfa diləyib.

Hüseyn İbadlı

Mənbə: Publika.az · 27.11.2026, 00:15 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu