“Beşiktaş” klubuna və azarkeşlərinə keçmiş olsun - Ərdoğan

· 1 mənbə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” futbol klubunun prezidenti Sərdal Adalı ilə telefon danışığı aparıb.

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb.

Ərdoğan prosesin gedişini yaxından izlədiyini bildirib, “Beşiktaş” klubuna və azarkeşlərinə keçmiş olsun diləklərini çatdırıb.

Xatırladaq ki, Gürcüstanın Batumi şəhərində UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında azarkeşlər arasında qarşıdurma baş verib.

Mənbə: Modern.az · 27.11.2026, 00:01 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu