BDU-da araşdırma başlayır!

· 1 mənbə

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə tələbələrin universitetin C bloku ilə bağlı müraciətini nəzarətə götürüb.

Publika.az xəbər verir ki, rektor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, BDU-da rektor kimi fəaliyyətinin ilk həftəsi başa çatmaq üzrədir. İlk həftə ərzində universitetin inzibati və akademik heyəti ilə tanış olduğunu, prorektorlar və dekanlarla ilk ümumi görüşünü keçirdiyini qeyd edib.

Məleykə Abbaszadə görüşdə universitetin gələcəyi, təhsilin keyfiyyəti, elmi tədqiqatlar və akademik dürüstlük məsələlərinə toxunduğunu vurğulayıb.

Rektor fakültələrin vəziyyəti, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək istədiyini bildirib. O, dekanlardan dürüst və peşəkar təhlil gözlədiyini, mövcud problemlərin açıq şəkildə müzakirə edilməsinin vacibliyini diqqətə çatdırıb.

Paylaşımında tələbələrin müraciətinə də münasibət bildirən rektor C bloku ilə bağlı məsələnin artıq nəzarətə götürüldüyünü açıqlayıb:

“Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm. Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq”.

M.Abbaszadə müraciəti diqqətinə çatdıran tələbələrə təşəkkür edib.

Mənbə: Publika.az · 27.11.2026, 11:12 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az BDU-da araşdırma başlayır!

Publika.az saytında oxu