BƏƏ-də avtobusla yük maşını toqquşub, 11 nəfər ölüb

· 2 mənbə

Noyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xaymə əmirliyində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 11 nəfər həlak olub.

APA BƏƏ-nin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım və mülki müdafiə xidmətlərinin əməkdaşları cəlb olunub.

Fövqəladə xidmətlərin əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüb və nəqliyyatın hərəkətini tənzimləyiblər.

Mənbə: APA · 24.11.2026, 09:57 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu