Rusiya FSB Kislovodskdakı sinaqoqda terror aktının qarşısını alıb

· 1 mənbə

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Kislovodskdakı sinaqoqda terror aktının qarşısını alıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, saxlanılan Rusiya vətəndaşı kuratorlarının təlimatları ilə hərəkət edib və beynəlxalq terror təşkilatının liderinə sədaqət andı içib.

FSB-nin məlumatında bildirilib ki, həmin şəxs kəşfiyyat aparıb, sinaqoqun izdihamlı olacağı vaxtı seçib və partlayıcı qurğu hazırlayıb. O, terror aktı yerinə gedərkən saxlanılıb. 22 yaşlı Rusiya vətəndaşının üzərindən 3,5 kq-lıq evdə hazırlanmış partlayıcı qurğu tapılıb.

Onun evində aparılan axtarış zamanı partlayıcı maddələrin hazırlanması üçün komponentlər, eləcə də xarici kuratoru ilə yazışmalar və təlimatlar olan rabitə vasitələri müsadirə edilib.

Mənbə: APA · 24.11.2026, 12:39 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu