"Beşiktaş" - "Hapoel Beer-Şeva" matçında insident: Xəsarət alan var

· 1 mənbə

Türkiyənin “Beşiktaş” klubu ilə İsrail təmsilçisi “Hapoel Beer-Şeva” arasında keçirilən UEFA Avropa Liqasının V tur qarşılaşmasında tribunalarda gərginlik yaşanıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “SonDakika” nəşri məlumat yayıb.

Gürcüstanda təşkil olunan görüşün 25-ci dəqiqəsində Gürcüstan polisi Fələstin bayrağı qaldıran “Beşiktaş” azarkeşlərinə müdaxilə edib. Bu zaman tribunalarda qarşıdurma yaranıb və futbolçular arasında da narahatlıq müşahidə olunub.

Hadisə səbəbindən qarşılaşma dayandırılıb. “Beşiktaş”ın futbolçuları tribunlara yaxınlaşaraq azarkeşləri sakitləşdirməyə çalışıblar.

İnsident zamanı bir azarkeşin yaralandığı və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilib.

Gərginliyin artmasından sonra matçın hakimləri və “Hapoel Beer-Şeva”nın futbolçuları paltardəyişmə otağına yollanıblar.

Qarşılaşmanın nə vaxt bərpa olunacağı ilə bağlı xəbərdə əlavə məlumat verilməyib.

Hüseyn İbadlı

Mənbə: Publika.az · 26.11.2026, 22:57 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu