Qaşim Maqomedov “World Taekwondo Grand Prix” finalında mübarizə aparacaq
· 1 mənbə
Bakı. Trend:
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “World Taekwondo Grand Prix” finalında iştirak edəcək.
Bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
İdmançımız 58 kq çəki dərəcəsində mübarizə aparacaq.
Qaşim Maqomedov yarışda böyüklərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Məmməd Abdullayev və məşqçi Ayxan Tağızadənin rəhbərliyi altında çıxış edəcək.
Qeyd edək ki, turnir noyabrın 27-dən 29-dək davam edəcək.
Mənbə: Trend · 26.11.2026, 22:57 · orijinal məqalə